backend

Bazara çıxarılan şirniyyatlar zibillikdə hazırlanırmış - (Fotolar)

Bazara çıxarılan şirniyyatlar zibillikdə hazırlanırmış - (Fotolar)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qanunsuz fəaliyyət göstərən şirniyyat sexində yoxlama aparıb

Bəlli olub ki, Şərq şirniyyatı adı ilə satışa çıxarılan şirniyyatlar natəmiz şəraitdə istehsal edilir.

qaynarxett.az-nun məlumatına görə, bu barədə virtualaz.org saytına komitədən məlumat veriblər. Xəbərdə deyilir ki, Lənkəran şəhəri, Nizami küçəsində yerləşən, gizli və qeyri-qanuni sahibkarlıq fəaliyyəti göstərən, şirniyyat istehsalı ilə məşğul olan sexdə yoxlama aparılıb.

Araşdırma zamanı məlum olub ki, istehsal olunan Şərq şirniyyatı paxlava, şəkərbura və bulka məmulatları heç bir normativ sənəd, reseptura, gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal olunur.

Həmçinin istehsal zamanı istifadə olunan xammalların açıq və antisanitar şəraitdə saxlanması, mal qonşuluğuna əməl olunmaması, xammalın normativ sənədlərə uyğun olmadan qatılaraq hazırlanması faktları da aşkarlanıb.

Yoxlama nəticəsində sexdə şirniyyat istehsalı və satışı dayandırılıb, qanunvericiliyə müvafiq tədbirlər görülüb.

Sexin sahibinə qarşı cərimə tətbiq edilib.

Ülviyyə