Nazirlik Novruz bayramı ilə bağlı xəbərdarlıq etdi – VİDEO
1 698
Tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır
Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə bağlı əhaliyə xəbərdarlıq edib.
qaynarxett.az FHN-nin məlumatına istinadən xəbər verir ki, xəbərdarlıqda Novruz bayramında yarana biləcək yanğın təhlükəsi ilə bağlı bir sıra qaydalar yer alıb:
− bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır; − tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır; − tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır; − tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər; − yandırılan şamlar nəzarətsiz qalmamalıdır; − əgər pirotexniki vasitələrdən istifadə edilərsə, təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Yadda saxlayın: qapalı məkanda atəşfəşanlıq etmək olmaz!
FHN bildirir ki, hər hansı bir təhlükə yaranarsa, vətəndaşlar 112-yə zəng edə bilərlər.