backend

Erməni azərbaycanlı uşağı öldürdü - FOTO

Erməni azərbaycanlı uşağı öldürdü - FOTO
























Hadisə məktəb yaxınlığında baş verib

Martın 10-da Gürcüstanın Ermənistanla sərhədində yerləşən azərbaycanlıların sıx yaşadığı Sadaxlı kəndində 1 saylı orta məktəbin yaxınlığında ağır yol qəzası baş verib.

“Sadaxlı Dirçəliş İttifaqı”nın sədri Sabir Mextiyevin verdiyi məlumata əsasən, qəzada dünyasını dəyişən 4-cü sinif şagirdi Əli Əliyevdir. Onun sözlərinə görə, qəzanı Ermənistan vətəndaşı olan sürücü “Opel Astra” markalı maşını ilə törədib.

Hadisəni törədən şəxsin saxlanıldığı bildirilir.

Qeyd edək ki, bu hadisə erməni sürücülərinin Sadaxlıda törətdiyi ilk ağır qəza deyil. 2012-ci ildə Ermənistan vətəndaşı idarə etdiyi avtomobillə Sadaxlı kənd sakini 7 yaşlı Məhəmməd Əliyevi vurmuşdu. Məktəbli həyatı üçün təhlükəli xəsarətlər almasa da, əməliyyat olunub və bir neçə il müalicə alıb.

Erməni azərbaycanlı uşağı öldürdü - FOTO

Erməni azərbaycanlı uşağı öldürdü - FOTO