backend

"ŞİRVANDA SU QƏTLİAMI" - VIDEO

"ŞİRVANDA SU QƏTLİAMI" - VIDEO

















Şirvanda su qətliyyamı-adlı məqaləni, şəxsi araşdırmalarım əsasında sizlərə təqdim edirəm..Xatırladıram ki, bu informasiya dəqiq və dürüst olması ilə yanaşı, hər bir Şirvanlının bu materialı oxuyub həmçinin baxdıqdan sonra adekvat addım atması zəruridir..

İlk öncə,materialımın əvvəlində, sizlərə suyun bioloji zəruriyyəti barədə ümumilikdə bir neçə parametrləri çatdırmaq istərdim..;-Su-havadan sonra biz insanlar üçün vacib olan ən əsas elementdir.!! Orqanizmizdəki suyun həcmi orta hesabla 65% təşkil edir. Biz yaşlandıqca əlaqədar, orqanizmdə suyun həcmi dəyişir. Bu cümləni xüsusən diqqətlə oxuyun;“ana bətnindəki üçaylıq döldə onun həcmi 95%,!!! yeni doğulmuş körpədə 75%!!!, yaşlı insanda isə 70% təşkil edir.Habelə Su orqanizmimizin bütün toxumalarında var. İnsan beyninin və ürəyinin 75%-i, qanının və böyrəyinin 83%-i, bağırsaqlarının 86%-i sudan ibarətdir!! Əlbəttə ki, labüdlük zəruriyyəti qarşısında içməli olduğumuz Kür suyunda!!
Hər zaman bizə “Ana Kür” olmuş,nindi isə kankret olaraq düşmən kəsilmiş Kür suyu,hal-hazırda zəhərli tərkibinə görə tarixində ən pis göstəriciləri əks etdirir!! Əhaliyə verilən içməli sudan kankret olaraq imtina etmək lazımdır!! Çünki hazırdaKür suyunun tərkibində 2000-ə qədər kimyəvi maddənin son dərəcə yolverilən konsentrasiyasına rast gəlinir.. !! Bununla yanaşı, bu suyun tərkibində patogen mikroorqanizmlər və digər xəstəlik törədicilər, o cümlədən yoluxucu və invaziya yaradan viruslar, helmintoz yumurtaların sayı kəskin şəkildə artıb...Bu isə kankret olaraq həyəcan təbilinin çalınması deməkdir!!
Mən sizə kankret olaraq, Kür suyunun tərkibində gündən-günə artmaqda davam edən kimyəvi maddələri missal gətirə bilərəm; Alüminium çöküntüsü, Berillium, Molibden, Arsen, müxtılif zəhərli Nitratlar,Poliakrilamid çöküntüsü, Qurğuşun, Selen, Stronsium, Ftor və Xloridlər kimi orqanızmə zərərli olan maddələr.. Adı hər bir insanın hafizəsinə hopmuş elementar Alüminiumun, Azərbaycan standartındakı miqdarı Avropa və ABŞ Standartları ilə müqayisə-də 2,5 dəfə çoxdur. Əgər Avropa Birliyi, ABŞ, habelə Dünya Səhiyyə Təşkilatının standartlarında 1 litr su üçün alüminiumun yolverilən həddi 200 mikroqram-dırsa, Azərbaycan standartında bu göstərici 500-dən çox mikroqram təşkil edir.!!! Bu maddə,insan orqanizminə zəhərləyici və çirkləndirici təsir göstərdiyi halda, digər adları çəkilən maddələr, bizlərə nələr “vəd edir”!!!? Qoynunda 700 min tondan çox üzvi maddələri, 30 min tondan çox azot-fosfor duzları, 12 min ton müxtəlif duzlar və qələvilər, 16 min ton süni səthi fəal maddələri “daşıyan” Kür çayı qəti olaraq bu günkü gün içməyə yararl deyil!! Biz, məhvə doğru gedirik!!
Bütün bunlar bizim içdiyimiz Kür suyunda, özünə “rahatlıqla yer tapıb”desək, doğru çıxar.. Mənim sizlərə təqdim etdiyim videoçarxda göründüyü kimi, kanalızasiya suları, məişətdə dövr edərək, əhalinin kompakt yaşadığı əraziyə,bizə verilən içməli sulara qatılır.. Özüdə bu proses, istifadə üçün “nəzərdə” tutulan suların “emal” olunduğu yerin düz yaxınlığınd baş verir!!

Ayılın Şirvanlılar!!!

Əlaqədar qurumlar,bu barədə susmağa üstünlük verdikləri bir halda, sapı özümüzdən olan baltaların səyi nəticəsində, belə sülar bizim gündəlik həyatımıza qatılır, bizim müxtəlif xəstəliklər tapmamıza “yardımçılıq” edir.. Bu işdə bilavasitə yardımçı olan Şirvan şəhər “Sukanal” idarəsinin müdiri Bakıxan Əhədovun canı sağ olsun..O ki, biz içdiyimiz Kür suyundan içmir,ona müntəzəm olaraq ekoloji saf sular gətirilir. Peşə etibarı ilə müəllim olan bi şəxs, qətiyyən üzərinə düşən vəzifəni yerinə yetirmir!! Əhaliyə verdiyi zəhərli su ilə O, biz Şirvanlıları kankret olaraq gora sürükləyir!! Məhz onun !qayğısı” nəticəsində Şirvanda uşaq ölümlərinin sayı artır, yaşı 50-yə çatmamış insanlar,qəflətən naməlum səbəblərdən (tibbin dediyinə görə!!) qəfil həyatdan məhrum olurlar!! Dadaşbəyli kənd məktəbində ,özüdə səkkiz illlik bir məktəb direktoru olan Bakıxan bəy, niyə bu boyda insan qətliyyamına göz yumur?? Axı yuxarıda sadaladığım “töhfələrə” kankret məsuliyyət daşıyan varsa məhz elə odur! Axı Su kanal İdarəsi, strategi cəhətdən böyük əhəmiyyət kəsb edir, müəllimlik hara, bu boyda idarəyə rəhbərlik etmək hara!! Məhz elə onun təsiri nəticəsində,bəlkə də düşünülmüş şəkildə əhaliyə zərərli sular verilir!! Görün biz Şirvanlıların müqəddəratı kimlərin əlindədir!! Bakıxan kimi rəhbərlə hələ olməmişik, ayaq üstəyik, şükür etmək lazımdır!! Keyfiyyətə deyil, kəmiyyətə “başı” qarışan Bakıxan Əhədov, biz sakinləri su ilə zəhərlədiyinə görə kankret olaraq cinayət məəsuliyyətinə cəlb olunmalıdır!! Bu məsələ,əminəm ki,hər bir Şirvanlının diqqət mərkəzinə yönələcək, sözügedən məsələ ilə əlaqədar əməli tədbirlərə əl atacaqlar!!!
Növbəti materialımda mən sizlərə Kürün dəhşət saçan kabusu barədə tutarlı arqumentlər və videomaterial təqdim edəcəyəm.
Elçin Mehtiyev (Vətənoğlu)