backend

Avropa Parlamenti sədrindən görünməmiş riyakarlıq - Şults Davudoğluna zəng edib elə sözlər dedi ki...

Avropa Parlamenti sədrindən görünməmiş riyakarlıq - Şults Davudoğluna zəng edib elə sözlər dedi ki...


















Türkiyə baş naziri Əhməd Davudoğluna zəng edən Avropa Parlamentinin sədri Martin Şults "erməni soyqırımı" ilə bağlı qanun layihəsi təsdiq olunarkən özünün Məclisdə olmadığını deyib

qaynarxett.az xəbər verir ki, Şults özünün iştirak etmədiyi bir sesiyada bu layihənin qəbul edildiyini, şəxsən Türkiyənin bu məsələdəki mövqeyini və reaksiyasını anladığını ifadə edib.

Türkiyənin Avropa Parlamentinin qərarına dair reaksiyasını sərt ifadələrlə Şultsa çatdıran Davudoğlu isə tarixi, siyasi məqsədlərlə təhrif etməyə çalışan dairələrin bu təşəbbüsünün, Türkiyə-Avropa İttifaqı münasibətlərinə zərər verəcəyni deyib.

Davudoğlu bu qərarın Türkiyə ilə Ermənistan arasında ortaq məxrəcə gəlməsinə yönəlmiş səylərə də mənfi təsir edəcəyini vurğulayıb.
Qeyd edək ki, Martin Şults Azərbaycana da qarşı mənfi mövqeyi ilə tanınır.