backend

Əli Həsənov: Bizim problemlərin səbəbkarı Rusiya, ABŞ və Fransadır

Əli Həsənov: Bizim problemlərin səbəbkarı Rusiya, ABŞ və Fransadır























“Tənqidi fikirlər söyləməkdə davam edəcəyəm”

ATƏT-in Minsk Qrupunun həmsədrləri olan üç dövlət son 20 ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir addım atmayıb.

Mən doğma torpaqlarımızın işğalına son qoyulmayınca, torpaqlarıma qayıtmayınca, Minsk Qrupunun həmsədri olan dövlətlər barədə tənqidlərimə son qoymayacağam. Nə üçün biz bunları deməməliyik?

qaynarxett.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə keçirilən “Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda konfransda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

“Bizim problemlərin səbəbkarı Rusiya, ABŞ və Fransadır. Mənim söylədiyim tənqidi fikirlər Rusiya, ABŞ və Fransa xalqlarına deyil, onların rəsmilərinə aiddir”, - deyə Ə. Həsənov söyləyib. O, ABŞ, Rusiya və Avropanın bölgənin 3 müsəlman ölkəsi olan Azərbaycan, Türkiyə və İranın yaxınlaşmasının qarşısını almağa çalışdığını bildirib.

Ermənistandakı hazırkı rejimin mövcudluğunda Rusiyanın böyük rolu olduğunu qeyd edən Ə. Həsənov Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin mütləq azad ediləcəyini vurğulayıb:

“O insanlar bizim torpaqlarımızdadır. Dilqəm Əsgərov da son sözündə dedi ki, “Dağlıq Qarabağ Respublikası”nı tanımır. Mən öz doğulduğum torpaqlara qayıtmayana qədər həmsədr dövlətlər barədə tənqidi fikirlər söyləməkdə davam edəcəyəm”