Nazirlər Kabineti “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın və “Ailənin orta aylıq gəlirinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edibLent.az-ın məlumatına görə, dəyişikliyə əsasən “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.8-ci bəndində “1 il” sözləri “2 il” sözləri ilə əvəz edilib.
Beləliklə, sosial yardım müraciət edildiyi vaxtdan sonra 1 il deyil, 2 il müddətinə təyin ediləcək.