backend

Kəlbəcər rayon İH başçısı Aqil Məmmədovun yazılanları yalan, böhtan olduğunu söyləməsinə məntiq...suallar

Kəlbəcər rayon İH başçısı Aqil Məmmədovun yazılanları yalan, böhtan olduğunu söyləməsinə məntiq...suallar

















Mən ilk növbədə "Azadlıq qəzetinin"bütün yaradıcı kollektivinə, ailəmiz adından dərin minnatdarlığımı bildirirəm. O, səmimi qəbula dərdimi, başıma gətirənləri dinləyib, yazdıqlarımı oxuyub öz səhifələrində mənə yer ayırıb ailəmin təhlükə altında yaşadığını ictimailəşdirdiyinə görə, sağ olun əzizlərim. O ki, qaldı mənim yzdıqlarıma Kəlbəcər rayon İH başçısı Aqil Məmmədovun (təəssüflər olsun ki, mən onu Məhərrəmov kimi tanımışam) cavabına. Bunu gözləyirdim bu belə də olmalıydı. Məndən istənilən rüşvəti verəndə mən AzTV-dən çəkiliş qrupu aparmalıydım ki? Bəlkə mən el adət-ənənəsinə uyğun kənd ağsaqqallarından, hörmətli şəxslərindən ibarət dəstə çağırıb, "podnus" üstünə 3-5 metr qırmızı xara atılmış xonça tutub aparmalıydım?

Aqil Məmmədov təbii ki, başıma gətirdiklərin, qurduğu tələnin qurbanına məni çevirdiyini söyləməyimi yalan, böhtan, iftira adlandırmalıydı. Gözlənilən idi. Bəs onda 1 ildən yuxarıdı mənim onunla mübarizəm gedir, niyə mənim böhtançı, iftiraçı kimi əlimdə olan hüquq mühafizə orqanlarına tapşırıb tutdurmayıb? Və ya cinayət işi qaldırtmayıb? Bilirsiniz niyə? Mənimlə üzləşməyindən qorxur. Ona necə, nə cür aldığı pulu necə verdiyimi, necə istədiyini düz gözünün içinə söyləyəcəyindən qorxur. Bundan ötrü o, həmin vəzifədən getməli, mənimlə mənim səviyyəmdə oturub üzləşməliyik. Haqq-ədalət onda öz yerini tapar.
Qaldı DSMF-nunun Kəlbəcər rayon şöbəsinin rəisi vəzifəsinə təyinat barədə dediyinə. Guya o səlahiyyəti yoxdur. Bəs onda yazdıqlarımı saytlarda yerləşdiyini görüb, həmin sayt sahibinə telefonla niyə deyib, DSMF-nın Kəlbəcər rayon şöbəsinin müdiri Elşən Əlizadə mənlikdir, gəlin sizi prokurorla, rəislə tanış edim, tapşırım söhbət edin. Onda Elşən Əlizadə hansı mənada onluqdur? Kəlbəcər rayon İH başçısı Aqil Məmmədov yazır və deyir: Əli Bayramovun oğlunun qaynatası onun müavinidir. Güya belə bir hal olsaydı onunla təmasda olardı. O da, bütün camaat da bilir ki, bizim həmin müavin olan qaynata ilə münasibətimiz sərindir. Daha doğrusu heç bir əlaqəmiz yoxdur. Əgər bizim əlaqəmiz olmayan bir adamla bizim barədə hansı söhbəti qurmaq üçün təmaz bağlayardı? Bəs onda 20 ildən yuxarı ailəli olan oğlumun ailəsini niyə dağıdır? Niyə inistitutda oxuyan nəvəmin ata-anası boşanır? Niyə oğlumdan xəbərsiz gəlinimi öyrədib məhkəməyə boşanmaq üçün ərizə yazdırıblar? Bu hansə əxlaqa sığar? Bu əməlin adı nədir? Təhdit-təhlükə, terror hər hansı olur olsun pislənir. Hər hansı olur olsun mənəvi və fiziki olur. Hələlik mənəvi terror başlayıb mənə qarşı.
Qaldı mənim oğluma qarşı Gəncə və Kəlbəcər prokurorunun cinayət işi qaldırma məsələsinə. Bəli mənim oğlum bu qurulmuş tələyə düşdüyümüzə görə bir çox insanların adına kredit götürüb bu şəxslərə vermişik. Bu məsuliyyəti dərk edib başa düşürük. Mən heçnə demirəm. Məsuliyyət yaradan əməl varsa cəzada verilməlidir. Amma bir tərəfli yox. Dəqiq araşdırılsın, mənim 600 baş qoyunum, 30 inəyim, 3 atım, 2 maşınım, 1 evim, 1 ət mağazam satılıb pulu hara gedib?
Oğlum qumarbaz, nəşəxor deyil ŞÜKÜRLƏR olsun. Kef çəkməyə, istirahət etməyə, heç bir xarici ölkəyə səyahət etməyib. Ailəmdə hansısa xəstəlik, ağır bədbəxt hadisə baş verməyib ki, satıb bu işə xərcləyək. ŞÜKÜRLƏR olsun ki, özüm 800 manat təqaüt alıram. Necə olur indi prokuror düşüb əl-ayağa oğlum kimin adına kredit götürüb onları çağırıb ərizəsin izahatın alırlar? Qardaş deyib görüşəndə ağız-ağıza öpüşdüyün adama desək ki, sənin adına min manat kredik götürək mənə, böyük əksəriyyət yayınar. 40 nəfərə yaxın adam adlarına kredit götürüb bizə verib. Bu özü heçnə demir? Deməli imkanımız, varımız, hörmətimiz olub. İndi onları üstümüzə qaldırıb oğlumu tutub mənimlə əvəz-əvəz edib susdurmaq istəyirlər? Lap 2 oğlumun 2də güllələsələr mən verdiklərimi almayınca geri çəkilməyəcəyəm.
Bunu da başa düşürəm rüşvət verdiyimə görə məsuliyyət daşıyıram. Bunun da cəzasını çəkməyə hazıram.

Hörmətli redaksiya əməkdaşları:

Bir daha Sizlərə minnətdarlıq edib acizanə surətdə xahiş edirəm. Mənim hüqüqlarımın qorunmasında mənə dəstək durun. Səsimi ölkə başçısına çatdırın. Aidiyyatı qurumlar qarşısında yazdıqlarım əsasında suallar qoyub, cavabın alınmasında mənə yardımçı olun.
Onsuz da mən bütün səfirliklərə xahiş edib, pozulmuş, tapdanmış hüqüqlarımın bərpası üçün yenə müraciət etmişəm. Xahiş etmişəm həmin səfirliklərdən ki, öz ölkələrinin başçısına bu biabırçılığı çatdırsınlar. Mənim ailəmə sığınacaq versinlər. I Avropa oyunlarına gələn öz idmançılarından, jurnalistlərindən xahiş etsinlər məni dinləyib dərdimi dünyaya çatdırsınlar. İnanıram ki, bu oyunlar ərəfəsi bu istəyimi reallaşdıra biləcəm. Mənim başqa yolum yoxdur. Bir də illərlə yığım yaratdığım varidantı geri almayana qədər sakit oturmayacam.
Sağolun, dəstəyinizə möhtacam.

Əli Bayramov.