backend

Mədəniyyət və turizm nazirinin kəsərsiz idarəçiliyi onun imicini xeyli aşağılayıb

Mədəniyyət və turizm nazirinin kəsərsiz idarəçiliyi onun imicini xeyli aşağılayıb

Mədəniyyət və turizm nazirinin kəsərsiz idarəçiliyi onun imicini xeyli aşağılayıb













Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sorağı gəlmir. Hörmətli nazirin xəbər saytlarında və sosial şəbəkələrdə sorağını almaq istədik ki, öyrənək görək tənqidlərdən sonra rəhbərlik etdiyi sahədə hansı yeniliklərin tətbiqinə başlayıb. Lakin nazir cənabının son fəaliyyəti ilə bağlı dürüst məlumat əldə edə bilmədik. İstədik bu barədə yazı hazırlayıb dərc edək. Lakin xəbər gəldi ki, Mədəniyyət və Turizm Nazirliyində bəzi struktur dəyişikliklərinə başlanıb.

Əslində, bu dəyişikliklərin keyfiyyət baxımından əhəmiyyəti o qədər də böyük deyil. Çünki, yeni yaradılmış sektor və bölmələrin işini canlandırmağa qadir kifayət qədər kadr tapılmır. Əslində belə kadrlar yetərincədir. Lakin onların seçilib yerləşdirilməsi problemi Əbülfəs Qarayevin nazir imicini xeyli aşağı salıb. Bunun günahını elə cənab nazirin kəsərsiz idarəçiliyində axtarmaq lazımdır. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi bacarıqsızlığını elə mədəniyyət obyektlərinə münasibətdə nümayiş etdirib. Respublikada fəaliyyət göstərən mədəniyyət obyektlərinin böyük bir qismi formal olaraq əməkhaqqı ilə kifayətlənir. Bu vəziyyət onunla əlaqədardır ki, işini günün tələbləri səviyyəsində qurmağa çalışan təcrübəli mədəniyyət işçilərinin əksəriyyəti təltif və mükafatlardan kənarda qalır. Belə olan halda formal fəaliyyə göstərən mədəniyyət obyektlərinin bağlanması gündəmdə deyil. Halbuki, bu addıma ciddi ehtiyac var. Dediyimiz odur ki, nazir Əbülfəs Qarayev nəhayət rəhbərlik etdiyi sahədəki xoşa gəlməz işlərdən uzaq durmalı, uzun illərdən bəri fəaliyyəti görünməyən mədəniyyət obyektlərinin ləğvinə qərar verməlidir. Fikrimizi dəqiqləşdirmək üçün misallar da çəkə bilərik. İsmayıllı rayonunda 37 klub və yaradıcılıq evi, 49 kitabxana və filialı fəaliyyət göstərir, guya. Görün, bu kitabxanaların qapısını açan varmı? Qazax rayonunda fəaliyyət göstərən 100-ə yaxın mədəniyyət obyektinin əksəriyyətinin gününə ağıamağa Mədəniyyət və Turim Nazirliyində bir səlahiyyət sahibi tapılmır. Rayonda elə mədəniyyət obyektləri var ki, qapısı aylarla bağlı qalır. Bəzi mədəniyyət obyektlərində isə işçilər sadəcə büdcə pullarını bölüşdürməklə işlərini bitmiş hesab edirlər.Belə vəziyyət Qobustan rayonunda xüsusilə nəzərə çarpır. Bapbalaca rayonda fəaliyyət göstərildiyi bildirilən 40-dan artıq mədəniyyət obyektində günün günorta çağı bir bəni-adəmi tapa bilməzsən. Ölkə üzrə belə saxta və formal mədəniyyət obyektləri il ərzində yüz minlərlə manat büdcə vəsaitini "udur". Məgər, Əbülfəs Qarayev belə-belə işlərdən xəbərsizdir? Təbii ki, xəbərsiz deyil.Bu da bir yana, nazirliyin xətti ilə hər il mədəniyyət müəssisələrinin təmir və tikintisi üçün ayrılan büdcə vəsaitləri konkret işbazların cibinə axır. Belə rayonların sırasında Xızı, Neftçala, Bərdə, Şəmkir ilk yerləri tutur.Xızı rayonunda mədəniyyət obyektlərinə ayrılmalı olan büdcə vəsaitləri icşçisinin qeyri-rəsmi təyin etdiyi Arzu Əzizov adlı şəxsin məqbul bildiyi sahələrə, daha doğrusu, nəğdləşdirmə ilə məşğul olan şirkətlərə yönəldilir. Eyni situasiya adları çəkilən regionlarda da hökm sürür. Əbülfəs Qarayev bilməlidir ki, fəaliyyəti olmayan klub, mədəniyyət evi, kitabxana və digər mədəniyyət obyektlərinin yenidən formalaşdırılmasının vaxtı çoxdan çatıb. Lazımsız yerə xərclənən büdcə vəsaitlərinə qənaət hesabına və müəyyən gərəkli ixtisarlar aparmaq şərtilə mədəniyyət işçilərinin əməkhaqqını xeyli artırmaq mümkündür. Əbülfəs Qarayev isə bunun üçün büdcədən əlavə vəsait gözləyir. Nazirliyin rəsmiləri də bu sahədə sıradan açıqlamalar verməkdən yorulmur. Sual olunur, niyə mədəniyyət işçisinin maaşı ölkədə ən aşağı səviyyədə olmalıdır? Axı, nazirliyin strukturunda müəyyən dəyişikliklər aparmaqla və turizm sahəsində ciddi dönüş yaratmaqla xeyli gəlir əldə etmək mümkündür. Deməli,əslində bu vəsaitlərin ünvanı var. Lakin həmin vəsaitlərin əldə edilməsinə çalışan yoxdur. Dövlətin ayırdığı büdcə pulları isə düzgün istiqamətdə xərclənmir. Belə aldadıcı məqamlarla ölkə mədəniyyətinə gün ağlamaq olmaz. Yaranmış situasiyadan belə bir qənaət hasil etmək olar ki, Əbülfəs Qarayev turizm obyektlərinə xüsusi diqqət müqabilində mədəniyyət obyektlərinə nəzarəti unudub.Lakin turizm sahəsində də hökm sürən neqativ təzahürlər bir qrup adamın maraqlarına işləyən ortaq biznesin qurulmasından xəbər verir. Nazirlik rəsmilərinin qiymətləri aşağı salmaq barədə verdiyi vədlər isə Əbülfəs Qarayevn qəbul otağının gözləmə zalından uzağa getmir. Nəticə isə bütün çılpaqlığı ilə ortada olan mənzərəni əks etdirir. Bu gün sadə azərbaycanlı ailəsi ölkənin əlverişli iqlim kurortlarında normal istirahət etmək imkanında deyil.Demək olar ki, bütün turizm obyektlərində qiymətlər xeyli baha və əlçatmazdır. Əbülfəs Qarayev isə qiymətlərin hansı vasitələrlə aşağı salınacağının perspektivlərindən sanki xəbərsizdir. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi nə qədər ki, turizm sektoruna nəzarəti özünə sərf edən qruplarla bölüşüb, bu sahənin ölkəmizin gələcəyinə işləməsini təmin etmək bizlərə nağıl kimi görünəcək.