backend

Sevil Əliyevadan sərt qınaq

Sevil Əliyevadan sərt qınaq



















Prezidentin bacısı səhifəsində son açıqlamasını yazdı.

İlham Əliyevin bacısı Sevil Əliyeva öz “İnstagram” səhifəsini bağlayıb.

Sevil Əliyeva bu barədə öz şəxsi “İnstagram” səhifəsində məlumat yayıb.

Məlumatda deyilir:
“Əziz dostlar! Bu müddət ərzində sizlərlə ünsiyytədə olmaq mənim üçün çox xoşdur. Mən hər birinizin fikrinə hörmətlə yanaşıram. Lakin təəssüflər olsun ki, mən hərdən insanlarla qurduğum səmimi, mədəni ünsiyyətə bəziləri tərəfindən qarşılıqlı münasibət görmürəm. Belələri bu münasibətlərdən sui istifadə edib etik qaydaları pozurlar! Ona görə də mən direct-i bağlayıram. Mən bu səhifə haqqında əvvəlcədən demişdim ki, burada mənim keçmişim və bu günüm əks olunacaq. Və əlbəttə, yaradıcılığım yer alacaq. Ümid edirəm ki, məni düzgün başa düşəcəksiniz.
Hörmətlə, Sizin Sevil Əliyeva!”

Sevil Əliyevadan sərt qınaq




























Sevil Əliyeva sentyabrın əvvəllərində övladları ilə birlikdə Bakını görməyə gəlmişdi. O, şəhərin müxtəlif yerlərini ziyarət edərək fotolar paylaşmışdı. “Burada övladlarımla bir yerdəyəm. Bulvarı gəzdik. Zooparka getdik. Şəhəri gəzdik. Həddən artıq çoxlu fotolar çəkmişəm. Yeri gəlmişkən, şəhərdə xeyli adam məni tanıyır və onlar da şəkil çəkidrməyi xahiş edirlər”,- deyə Sevil Əliyeva həmin günlərdə bildirmişdi.
S.Əliyeva son illər övladları ilə birlikdə Londonda yaşayır.



Sevil Əliyevadan sərt qınaq






























Sevil Əliyeva yaxınları ilə Bakıda - 2015-ci il sentyabrın əvvəli