Bir sıra dövlət qurumları vətəndaşların problemlərini həll etmək əvəzinə onlara əlavə problemlər yaradırlar. Hər kəsə bəllidir ki, dövlət qurumlarının əksəriyyəti vətəndaşların problemlərini müəyyən razılıq qarşılığında həll edirlər. Baxmayaraq ki, ölkədə bu cür qeyri-qanuni ödənişlərin qarşısını almaq üçün müəyyən addımlar atıldı, lakin bu istiqamətdə isə vəziyyət olduğu kimi qalmaqdadır. Bəziləri isə vətəndaşların xəbəri belə olmadan onların cibinə girirlər. Belə qurumlardan biri də ölkədə fəaliyyət göstərən "109" telefon sorğu mərkəzidir.
Qeyd edək ki, əvvəllər bu xidmət pulsuz fəaliyyət göstərirdi. Hazırda isə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin qərarı ilə "109" telefon sorğu xidməti ödənişli fəaliyyət göstərir. "109" sorğu məlumat xidməti 24 saat müddətində respublika abunəçilərinə, yaxın və uzaq ölkələrin vətəndaşlarına aşağıda qeyd edilən xidmət növlərini göstərir: ünvana görə telefon nömrəsinin müəyyənləşməsi, natamam ünvana görə telefon nömrəsinin müəyyənləşməsi, köhnə nömrəyə görə yeni nömrənin müəyyənləşməsi, yeni nömrəyə görə köhnə nömrənin müəyyənləşməsi, telefon nömrəsinə görə ünvanın müəyyənləşməsi, köhnə ünvana görə yeni ünvanin müəyyənləşməsi, yeni ünvana görə köhnə ünvanın müəyyənləşməsi, küçənin, qurumun harada yerləşməsi haqqında məlumat, küçəyə görə indeks haqqında məlumat, indeksə görə küçə haqqında məlumat, telefon nömrəsinə görə abunəçinin müəyyənləşməsi, telefon nömrəsinin əvvəlki sahibinin müəyyənləşməsi, koda görə şəhərin, ölkənin müəyyənləşməsi, ölkəyə, şəhərə gorə kodun müəyyənləşməsi, şəhərin, ölkənin kodu haqqında məlumat, təşkilat,müəssisənin abunə və şəhərlərarası danışıq borcları haqqında məlumat, ev bölməsinin abunə və şəhərlərarası danışıq borcları haqqında məlumat, idarənin adına görə telefon nömrəsinin və ünvanın verilməsi, ünvana görə idarənin bütün rekvizitləri haqqında məlumat, idarənin hesab nömrəsinə görə adı, ünvanı haqqında məlumat, Azərbaycandan hər hansı şəhərə yığım haqqında məlumat, hər hansı şəhərdən Azərbaycana yığım haqqında məlumat, xarici ölkələrin şəhərlərinin Bakı vaxtı ilə vaxt fərqi, köhnə küçəyə görə yeni küçənin adı haqqında məlumat, yeni küçənin adına görə köhnə küçənin adı haqqında məlumat, təbrik ( ad günü, toy və s.), ali məktəbə qəbul haqqında məlumat, gündəlik məlumatlar (tarix, gün, ay,saat), yuxudan oyatma, radio-televiziya proqramları haqqında məlumatların veriməsi, müəssisənin bir telefon nömrəsinə görə başqa telefonları haqqında məlumat.
"109" sorğu məlumat mərkəzi ödənişli xidmətə keçəndən sonra vətəndaşları bezdirirlər. Demək olar ki, onların fəaliyyəti qənaətbəxş hesab olunmur. Vətəndaşlar sözügedən xidmətin fəaliyyətində ciddi nöqsanların yaşandığını bildirirlər. Belə ki, redaksiyamıza daxil olan şikayətdə deyilir ki, bilərəkdən vətəndaşları xətdə saxlayırlar. Vətəndaşlara eyni sualı təkrar -təkrar verirlər. Bu zaman isə xidmət haqqı çox yazılır. Bu da vətəndaşların ciddi narazılığına səbəb olur. Vətəndaşlar aidiyyəti qurumlardan bu halların qarşısının alınması üçün lazımi addımların atılmasını xahiş edirlər.
Qeyd edək ki, Tarif Şurasının qərarına əsasən, əhali üçün bir sorğunun dəyəri 20 qəpik, idarə və müəssisələr üçün isə 40 qəpikdir.
Bu xidmətdən istifadə edən abunəçilər "012 109" nömrəsini yığmalıdır.
Hazırda bu xidmətin təqdim edilməsi ilə 120 nəfər məşğuldur