backend

Belə də marşrut avtobusu olar?

Belə də marşrut avtobusu olar?













Şəhərə gətirilən üç yüzə qədər təzə avtobuslar insanları nəzərə almadan Nəqliyyat Departamenti tərəfindən müəyyən marşrutlara göndərilir.

Məsələn əvvəllər 28 Maydan Əhmədliyə 1 saylı avtobus işləyirdi. İndi Əhmədliyə getmək üçün 28 Maydan Koroğlu metrosuna oradan da başqa avtobusa minib Əhmədliyə getməlisən.
Vaxtı ilə Nərimanovdan Binə-Sədərək ticarət mərkəzinə birbaşa avtobus işləyirdi. İndi Nərimanovdan 5 saylı avtobusa minib 20-ci sahəyə, oradan isə başqa avtobusa minib bu ticarət mərkəzinə getməlisən, yaxud 28-dən Şüvəlana, Mərdəkana ümumiyyətlə bütün marşrutlara iki bəzən üç avtobus dəyişməlisən. Axı və nə üçün bütün bunlar vətəndaşların əlavə pul xərcləməsinə və haqlı narazılığına səbəb olur .