backend

"Azəryolservis” ASC-nin işçilərinə iki aydır ki, maaş verilmir

"Azəryolservis” ASC-nin işçilərinə iki aydır ki, maaş verilmir

















"Azəryolservis” ASC-nin işçilərinə iki aydır ki, maaş verilmir

Bu barədə azadliq.info-ya adıçəkilən qurumdan məlumat daxil olub.

İşçilər deyir ki, rəhbərlik maaş böhranının səbəbini izah etmir. "Heç nə demirlər. Biz isə iki aydır ki, gözləyirik”, – deyə işçilər bildirir. Onların sözlərinə görə, xüsusilə "Azəryolservis” ASC-nin rayondakı idarələrində vəziyyət gərgindir. İşçilər deyir ki, indiyə qədər bu qurumda maaş böhranı olmayıb. "Azəryolservis”in tarixində belə bir şey olmayıb. Həmişə maaşımızı vaxtında almışıq. Amma artıq iki aydır ki, böhran yaşanır”, – deyə işçilər vurğulayıb.

Yada salaq ki, bir müddət əvvəl "Azəryolservis”də ixtisarlar olub. Bəzi iddialara görə, qurumun nəzdindəki idarələrin əhəmiyyətli hissəsi ləğv edilib. Nəticədə xeyli işçi ixtisara düşüb.

- See more at: http://xalqxeber.az/sosial/25470-ki-aydir-maash-verilmir.html#sthash.tcNuQ52H.dpuf