backend

O bunun üstünə atır, bu onun... - FOTO - ŞİKAYƏT

O bunun üstünə atır, bu onun... - FOTO - ŞİKAYƏT


















Binəqədi rayon sakini İcra Hakimiyyətindən şikayət edir

Bu gün qaynarxett.az-ya Binəqədi rayonu, Ziya Bünyadov prospekti ev 19, mənzil 7-də yaşayan Behbudov Mahir Tofiq oğlu şikayyət məktubu ilə müraciət edib. M.Behbudov bildirir ki, 19 may 2015-ci ildə Binəqədi rayonunda 19 nəfərin ölümü ilə nəticələnən yüksəkmərtəbəli binada yanğından sonra, Azərbaycan Respublikasının Prezidentinin qərarı ilə Bakı şəhərində yerləşən yaşayış binalarının 2014-cü ildə penoplastdan olan üzlüklərini söküblər. Sakin M.Behbudov bildirir ki, onun yaşadığı binanın da üzlüyü dəyişdirilib, yeni pəncərə çərçivələri qoyulub. Lakin sakinin yaşadığı mənzilin pəncərəsi qoyulan zaman tikintidə çalışan fəhlələrin ehtiyatsızlığı ucbatından şüşəsi qırılıb və çərçivə hal-hazırda şüşəsizdir. Bundan əlavə iki pəncərə arası da açıq qalıb və yağan yağış, əsən külək mənzilin içinə dolur.
Sakin M.Behbudovun bildirdiyinə görə Binəqədi rayon İcra Hakimiyyətinə, İH-nin nümayəndəliyinə, Binəqədi rayon MKİS-ə müraciət edilsə də cavab alıb ki, bu onlarlıq deyil bu tikinti işini aparan şirkətlikdir. İşin icraçısına zəng edilsə də əl telefonu bağlıdır.
Sakin Mahir Behbudov sonda redaksiyadan xahiş edir ki, onun şikayətini aidiyyatı qurumlara çatdıraq. Axı, qarşıdan soyuq qış gəlir.

O bunun üstünə atır, bu onun... - FOTO - ŞİKAYƏT
O bunun üstünə atır, bu onun... - FOTO - ŞİKAYƏT
O bunun üstünə atır, bu onun... - FOTO - ŞİKAYƏT