backend

Binəqədinin başçısı biznesini böyüdür

Binəqədinin başçısı biznesini böyüdür



Binəqədinin başçısı biznesini böyüdür

qaynarxett.az Dia.az-a istinadən bildirir ki, Binəqədi rayonu, 7-ci mikrarayon ərazisində yerləşən Bolluq bazarının söküntüsü başa çatıb.

Məşhur bazarın yerində göydələnlər kompleksi tikiləcək. Bildirək ki, bir müddət öncə bazarın söküntüsünə səbəb kimi ərazidə natəmizlik və antisanitariya hökm sürdüyü göstərilsə də, indi məramın tam başqa olduğu aydın olub.

Bazar söküldükdən sonra ərazinin abadlaşdırılması, yolların genişləndiriləcəyi deyilirdi. Lakin verilən vədlərə əməl olunmayıb. Hazırda bazarın olduğu yerdə 8 bloklu, 19 mərtəbəli iri yaşayış kompleksinin tikintisi planlaşdırılır. Əldə etdiyimiz məlumata görə, tikinti işləri rayonun icra başçısı Xaləddin İsgəndərova məxsus tikinti şirkəti tərəfindən aparılacaq