backend

Od olmayan yerdən tüstü çıxmaz

Od olmayan yerdən tüstü çıxmaz


























Binəqədi rayon İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov “Təmiz Binəqədi” layihəsini ortaya atmaqla rayonun istənilən ərazisində, daha doğrusu gözə yatımlı yerlərdə öz əlaltılarının əli ilə at oynadır, abadlıq işlərini həyata keçirmək, parklar salmaq, yolları genişləndirmək adı altında rayonun ən gözəl yerlərini sadə insanların və kiçik sahibkarların əlindən alır və sonradan həmin yerlərdə özü üçün daha sanballı obyektlər inşa etdirir

Bu iyrənc kompanıyanın ən çox aparıldığı ərazi Biləcəri qəsəbəsindədir. Bələdiyyə sədri İlham Xəlilov ona verilən çox böyük imtiyazlardan sui istifadə edərək sahibkarlara və kimsəsiz insanlara divan tutur. Əslən Masallı rayonundan olan kiçik sahibkar Xalid Bağırov İlham Xəlilov tərəfindən buldozerin ağzına verilən 150 kvm ərazisi olan mağazanın pulunu hələ də ala bilmir. Rayonun bu yaşayış sahəsində od çox güclü olduğundan ondan çıxan tüstü də gözləri çıxarır. Buna mədəni dildə başqa cür də deyirlər: haqsızlıqlar baş alıb gedən yerdə narazılıqlar etiraz səslərinin güclənməsinə səbəb olur. Buna görəmi birini icra başçısı, birini bələdiyyə sədri seçirlər?! Xeyir, onlar xalqa düzgün xidmət etmək üçün təyin olunurlar. Yolunu azdısa, işdən qovulur, sonra isə sac üstündə qorğa kimi qovrulurlar. Bunumu istəyirlər?