backend

Bakının Suraxanı rayonu ərazisində yerləşən 104 saylı məktəbdə oxuyan Xədicə Hacıyevanın məktəbə hicabla daxil olmasına qadağa qoyulub

Bakının Suraxanı rayonu ərazisində yerləşən 104 saylı məktəbdə oxuyan Xədicə Hacıyevanın məktəbə hicabla daxil olmasına qadağa qoyulub


















Hətta məktəbin dərs hissə müdiri şagirdə qarşı kobudluq edərək onun hicabını başından çıxarıb.

Məktəbin direktoru Kərəm Mehdiyev qadağanı Təhsil Nazirliyinin rəsmisi Əhliyyət Adıgözəlovun göstərişi əsasında icra etdiyini bildirib.

Nazirlikdən modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin 1.8-ci bəndinə görə, ümumtəhsil məktəblərində təhsilalanların geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur".

Həmçinin bildirilib ki, şagirdlərin vahid məktəbli formasından fərqli geyimdə məktəbdə təhsil alması mövcud qanunvericilikdə nəzərdə tutulmayıb.