backend

Vətəndaşlar bir çox hallarda buna görə problemlə üzləşdiklərini bildirirlər

Vətəndaşlar bir çox hallarda buna görə problemlə üzləşdiklərini bildirirlər
















Mərkəzi Bankın maliyyə əməliyyatı üçün tədavülə buraxdığı 5 qəpiklik əskinazları bəzi elektron ödəniş sistemləri qəbul etmir.

Bunlardan biri “Bakıkart”ın yükləmə terminallarıdır. Hətta termianlların üzərində 5 qəpiklik əskinasların qəbul edilmədi qeyd olunub. Dövlətin dövriyyədə olan pul vahidi olmasına baxmayaraq “Bakıkart” terminalları 5 qəpiyi qəbul etmir. Buda ona gətirib çıxarır ki, əgər sizin cibinizdə 4-5 qəpik olsa və siz balansınıza pul yükləmək istəsəniz arzunuz ürəyinizdə qalacaq. Vətəndaşlar bir çox hallarda buna görə problemlə üzləşdiklərini bildirirlər. Hazırda metro və “Bakubus” avtobuslarında istifadə edilən “Bakıkart”-ın layihə rəhbəri deyir ki, bu ənənənin davamıdır. Yəni əvvəllər metrokartına yüklənmədə 5 qəpikdən istifadə olunmadığından yeni sistemdə də bu qayda tətbiq edilir.