backend

Dövlətin rayona qayğısını özünə olan diqqət kimi qəbul edir

Dövlətin rayona qayğısını özünə olan diqqət kimi qəbul edir
























Son dövrlər elə bir təəssürat yaranmışdı ki, Beyləqanın icra hakimiyyəti başçısına "yuxarılar" etimad göstərir.

Amma aydın olur ki, görüntüdə olanlar reallığı əks etdirmir və bu gün rayonun abadlığı və quruculuğuna dövlət tərəfindən az qala həddindən artıq vəsaitin ayrılması, xüsusi dövlət qayğısının müşahidə olunması heç də Vaqif Abdullayevin şəxsi personasına olan etimadın təzahürü yox, döblətin nəhayətdə Beyləqanı abad görmə istəyi ilə bağlıdır.

Amma belə bir diqqət belə Vaqif Abdullayevin özünz üsul-mizan verməsi üçün yetərli olmayıb. Hər halda görünəni budur və bəlkə də Vaqif Abdullayev dövlətin qayğısını şəxsinə yönəldilən diqqət hesab etdiyindən abadlığın pullarını asta-asta xırıd etməyindədir.

Bildirək ki, bununla bağlı ciddi araşdırmaların aparıldığını qeyd edən mənbə dia.az-a xəbərində daha sonra vurğulayır: "Vaqif Abdullayev təkcə son iki il ərzində dövlət büdcəsinə 400 min manata yaxın borclu qalıb. Görülən işlərlə ayrılan vəsait tərs mütənasiblik təşkil edir. Bu fakt isə ona problem yaratmaqdadır. Amma görünəni odur ki, başçı hələ də dərs çıxarmayıb. Elə buna görə də seçkisonrasını gözləyənlər sırasında elə Abdullayevin özü də var. Təbii ki, cəza sərt olacaq".