backend

Azərbaycanın rep qrupu "Nəğd Pul" (Afiq Novruzov və Hilal) "O səs Türkiyə" səhnəsinə çıxıb

Azərbaycanın rep qrupu "Nəğd Pul" (Afiq Novruzov və Hilal) "O səs Türkiyə" səhnəsinə çıxıb
Dörd məşhur mahnını remiks edərək üzərinə "Bizi tanımağınıza az qaldı" rep söyləyən həmyerlilərimiz münsifləri dərhal özlərinə tərəf döndərməyi bacarıblar. Müğənnilər Ebru Gündeş və Hadisə səhnəyə çıxaraq onlarla bir yerdə rəqs edib.

Tamaşaçıların istəyi ilə eyni mahnını ikinci dəfə ifa edən azərbaycanlı ifaçılar sonda Gökhan və Hakan Özoğuzu seçiblər.

Qeyd edək ki, Acun İlıcalının aparıcılığı ilə TV8-də yayımlanan yarışma proqramının münsiflər kürsüsündə E.Gündeş, Hadisə, Murad Boz, Gökhan-Hakan Özoğuz qardaşları oturub.

Xatırladaq ki, "O səs Türkiyə"nin keçən ilki qalibi azərbaycanlı ifaçı Elnur Hüseynov olub.