backend

Müəllimlərin sentyabr maaşı hələ də verilməyib

Müəllimlərin sentyabr maaşı hələ də verilməyib
Rayonlardakı təhsil işçilərinə büdcədə pul olmadığı deyilib, əmək haqqlarının nə zaman veriləcəyi isə məlum deyil

Dünyada dərinləşən iqtisadi böhran artıq Azərbaycanda öz təsirlərini göstərməyə başlayıb. Hələ bu ilin əvvəlindən manatın devalivasiyaya uğraması prosesin başlanğıcı sayılsa da, ardından ərzaq və qeyri-ərzaq məhsullarının bahalaşması növbəti dalğanın da qaçılmaz olacağından xəbər verirdi.

JAM.AZ bildirir ki, rəsmi qurumların nikbin danışmaması və iqtisadi cəhətdən yeni ildən etibarən daha bir sıxıntılı dönəmə qədəm qoyacağımız da təsdiqini tapıb. Və qarşıda ölkə əhalisinin ciddi sosial-iqtisadi problemlər gözlədiyini də inkar etməmək mümkün deyil.

Bu ərəfədə, büdcə təşkilatlarında çalışanların əmək haqlarının verilməməsi problemi də ortaya çıxıb. JAM.AZ-a daxil olan məlumata görə, bu sırada çətin durumda olan təbəqə isə müəllimlərdir. Belə ki, rayonda çalışan müəllimlərin sentyabr ayından bəri əmək haqlarını almadıqları məlum olub. Verilən məlumatlarda vurğulanır ki, bir ay yarımın pulunun hansı səbəbdən verilməməsi məlum deyil. Yerli Maliyyə İdarələri bildiriblər ki, büdcədə pul olmadığından yubanma yaşanır və maaşların konkret olaraq nə zaman veriləcəyi də məlum deyil.