backend

Roman Əmircanov kimdir?

Roman Əmircanov kimdir?
MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov həbs edildikdən və kürəkəni, MTN şöbə rəisi, polkovnik-leytenant Rəşad Əmircanovun vəzifəsindən kənarlaşdırılmasından sonra, onun qudası Dəmirbankın İdarə Heyətinin sədri Roman Əmircanovun başı üzərində qara buludlar dolaşmağa başlayıb.

Bu barədə Avropa.info-ya məlumat verən etibarlı mənbə bildirib ki, Akif Çovdarovun Eldar Mahmudova məxsus çirkli pullarının leqalllaşdırdığı banklarla bağlı Baş prokurorluğun Anti Korrupsiya İdarəsi və Xüsusi Dövlət Mühafizə Xidməti istintaqa təqdim etmək üçün artıq faktların toplanmasını yekunlaşdırmaq üzrədirlər.

Keçmiş MTN rəsmiləri ilə bağlı başlanmış istintaqda qara buludlar Dəmirbankın artıq başı üzərindədir. Mənbə onu da bildirib ki, Dəmirbankın Müşahidə Şurasının sədri Rəhman Hacıyev və Maliyyə Nəzarəti Departamentinin direktoru Zülfiyyə Cəfərova qanuasuz bank əməliyyatları barədə bütün sənədləri , həmçinin vacib informasiyaları artıq noyabrın 9 da hüquq-mühafizə orqanlarına təqdim ediblər. Dəmirbankda bir çox yüksəkvəzifəli şəxslər İH sədri Roman Əmircanova qarşı çıxa bilmirdilər. Akif Çovdarov faktoru onların qarşısını kəsirdi. Faktiki olaraq Roman Əmircanov Akif Çovdarova çirkli pulların leqallaşdırılmasında, külli miqdarda maliyyə vəsaitlərinin Hollandiyanın İNG Bankına və offşor bölgələrdəki banklara köçürə bilib. Bu qanunsuz bank əməliyyatları zamanı Akif Çovdarov qudası Roman Əmircanova müəyyən faiz də verib. Bu isə Dəmirbank İH sədrinin fantastik varlanmasına gətirib çıxarıb.

Nəticədə isə Roman Əmircanov eyni zamanda Dəmirbankın səhmlərinin 20 faizinə sahib olub. Akif Çovdarov həbs edildikdən sonra isə Dəmirbakda Roman Əmircanovun qanunsuz əməlləri barədə Antikoorupsiya İdarəsinə müfəssəl informasiya ötürülüb. Mənbə bildiri ki, Akif Çovdarov Roman Əmircanov vasitəsiylə 2 milyard dollara yaxın maliyyə vəsiti leqalalşdırıb və bir hissəsini offşor bölgələrdəki anonim hesablara köçürüb.

Dəmirbankın İH sədri Roman Dünyamalı oğlu Əmircanov 2 oktyabr 1963-cü ildə Gürcüstanın Marneuli rayonunun Qaçağan kəndində dünyaya gəlib.1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat və Statistika fakültəsini bitirib. 1991-cı ildən DəmirBank-da İdarə Heyəti Sədrinin müavini, 1994-cü ildən isə DəmirBankın (Azərdəmiryolbankın) İdarə Heyətinin Sədri vəzifəsini tutub. Akif Çovdarov isə Marneuli rayonun Gorarxı kəndində doğulub. Roman Əmircanovun əmisi oğlu MTN-nin eks-şöbə rəisi, polkovnik-leytenant Rəşad Əmircanov Akif Çovdarovun qızı ilə ailə qurub