backend

Narkotik satan azərbaycanlı 11 il müddətinə azadlıqdan məhrum edilib

Narkotik satan azərbaycanlı 11 il müddətinə azadlıqdan məhrum edilib




Rusiyanın Krasnoyarsk vilayətində narkotik vasitə satışı ilə məşğul olan azərbaycanlıya hökm oxunub.

APA-nın AIF ("Arqumenti i faktı") agentliyinə istinadən verdiyi məlumata görə, o, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilib. Federal Təhlükəsizlik Bürosunun region üzrə idarəsinin məlumatına əsasən, Azərbaycan vətəndaşı narkotik vasitələrin Özbəkistandan gətirilməsini təşkil edib. O, büro əməkdaşları tərəfindən bu ilin martında qaraj massivində gizli yerdən narkotik vasitə çıxararkən saxlanılıb. Həmin ərazidə o, 10 kq heroin və 3 kq həşiş gizlədib. Aşkarlanan narkotik vasitələrin "qara bazar"da qiyməti 450-600 min dollar arasındadır.

Narkotik vasitəsi satışı ilə məşğul olan bu şəxs daha əvvəl də məhkumluq həyatı yaşayıb.