backend

İrandan gələn azərbaycanlının bağırsağından narkotik çıxdı

İrandan gələn azərbaycanlının bağırsağından narkotik çıxdı





















DGK məlumat yayıb

İrandan gələn azərbaycanlının daxili orqanından 109,642 qram heroin aşkar olunub.

Dövlət Gömrük Komitəsindən daxil olan məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycan piyada gələn Azərbaycan vətəndaşı Nurəddin Əsədovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 2 (iki) ədəd bükümdə, ümumi xalis çəkisi 109,642 qram olan narkotik vasitə - heroin aşkar olunub.