backend

Rusiya səfiri Türkiyə XİN-ə çağırıldı

Rusiya səfiri Türkiyə XİN-ə çağırıldı



Rusiyanın Ankaradakı səfiri Andrey Larlov Türkiyə XİN-ə çağırılıb. Musavat.com xəbər verir ki, məlumatı Türkiyə XİN yayıb. Bu, Rusiyada Türkiyə diplomatik missiyalarına qarşı hücumlarla bağlıdır.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyə səfirliyi qarşısında keçirilən aksiyalarla bağlı deyib ki, Moskva diplomatların təhlükəsizliyinin təmin edilməsi üçün hər şeyi edir.

“Təssüflə qeyd edirik ki, son günlə retiraz aksiyası pərdəsi altında bizim Rusiyadakı diplomatik nümayəndəliklərimizə, türk şirkətlərinin nümayəndəliklərinə hücumlar edilir”, - Türkiyə XİN-in bəyanatında deyilir.

Türkiyə tərəfi baş verənlərin qəbuledilməz olduğunu Rusiya səfirinin diqqətinə çatdırıb.

Türkiyə XİN bəyan edib ki, xarici diplomatik missiyaların təhlükəsizliyinin təmin edilməsi hər bir ölkənin bprcudur.

Rusiyanın Ankaradakı səfirliyinin mətbuat katibi İqor Mityakov səfirin Türkiyə XİN-ə çağırıldığını təsdiqləsə də, görüşün təfərrüatını açıqlamayıb.