backend

Rusiya Türkiyə tərəvəzi və sitrusundan imtina edə bilər

Rusiya lazım gələrsə, Türkiyədən tərəvəz idxalını İran, İsrail, Mərakeş və başqa ölkələr hesabına əvəzləyə bilər. Musavat.com-un məlumatına görə, bu barədə Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev bildirib. O, həmçinin, Türkiyə sitrusunun da CAR, Mərakeş, Abxaziya və Gürcüstan hesabına əvəzlənə biləcəyini mümkün sayıb.

Nazirin sözlərinə görə, Rusiyaya gətirilən sitrus meyvələrinin 250 min tonu Türkiyənin payına düşür ki, bu da 25% təşkil edir. Türkiyədən gətirilən tərəvəzin həcmi isə ümumi idxalın 20% civarındadır.

Bundan öncə Rusiyanın ilhaq elədiyi Sevastopolun başçısı Sergey Menyaylo bildirmişdi ki, şəhər “Su-24” insidentindən sonra Türkiyə meyvəsindən imtina eləmək və onu Abxaziya hesabına əvəzləmək haqda götür-qoy edir.


Rusiya Türkiyə tərəvəzi və sitrusundan imtina edə bilər