backend

Vəfa Quluzadə : "Türkiyə Rusiyanı xilas edə bilməz"

Vəfa Quluzadə : "Türkiyə Rusiyanı xilas edə bilməz"
















"Putinin Türkiyəyə səfəri Rusiyanı mövcud vəziyyətdən çıxarmayacaq. Sadəcə, durumu bir az yüngülləşdirə bilər"

Bu fikirləri politoloq Vəfa Quluzadə Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Türkiyə Rusiyanı xilas edə bilməz: "Qara dənizin dibi ilə Türkiyəyə qaz kəməri çəkilməsi uzun zaman və külli miqdarda vəsait tələb edir. Bu isə yoxdur. Digər tərəfdən Türkiyə Rusiyaya hər zaman külli miqdarda yüngül sənaye malları, meyvə-tərəvəz ixrac edib. Harada gəlir varsa, Türkiyə oradadır. Bunun üçün yenidən müqavilə imzalamağa ehtiyac yox idi. Türkiyə Rusiyadan külli miqdarda pul qazanıb. Ona görə, bu səfər vəziyyəti bir az yüngülləşdirmək və Rusiyanın blokadada olmadığını nümayiş etdirmək xarakteri daşıyırdı.
Bundan başqa, nəzərə almaq lazımdır ki, Putindən əvvəl ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyəyə səfər etdi. Amerika Türkiyə ilə öz strateji mövqelərini uyğunlaşdırıb. Putinin səfəri isə görüntü yaratmaq üçündür".
V.Putinin "Cənub Axını" layihəsindən imtinasına gəlincə, politoloq qeyd edib ki, Bolqarıstan bu kəmərin öz ərazisindən keçməsinə icazə verməməsi ilə bağlı bəyanat verib. Yəni bundan sonra da Rusiya imtina etməyə bilməzdi.