backend

Türkiyə Qarabağ münaqişəsinin həll edilməməsinə görə ABŞ və Rusiyanı ittiham etdi

Türkiyə Qarabağ münaqişəsinin həll edilməməsinə görə ABŞ və Rusiyanı ittiham etdi























“Soyuq müharibə” davam edir”.

Qarabağ münaqişəsinin həll edilməmə səbəbi Qərb-Rusiya qarşıdurmasıdır.

qaynarxett.az-ın “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu bəyan edib.

O, Rusiya-Qərb qarşıdurmasının son dövrlərdə artdığını vurğulayıb:

“Berlin divarı sökülüb, amma daşlar hələ yerinə oturmayıb, beyinlərdəki divar sökülməyib.

“Soyuq müharibə” hələ də beyinlərdə davam edir. Bu, son dövrlərdə daha açıq hiss edilir. Krımın Rusiyaya ilhaq edilməsi üçün heç nə səbəb olaraq göstərilə bilməz.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi niyə həll edilmir? Çünki Qərb-Rusiya qarşıdurması var. Rusiya da, Qərb də keçmişdən dərs almalı, “soyuq müharibə” necə nəticələndiyini görməlidir”.