backend

Rus politoloqdan açıqlama: "Günah Putindədir"

Rus politoloqdan açıqlama: "Günah Putindədir"


Artıq bir neçə gündür ki, dünya mətbuatı Rusiya ilə Türkiyə arasında dövr edən təyyarə böhranından danışır.

Avropa.info xəbər verir ki, Rusiyanın tanınmış tarixçisi, politoloqu tarix elmləri doktoru Andrey Zubov da məsələyə özünəməxsus tərzdə münasibət bildirib.

A. Zubovun məsələylə bağlı açıqlamasını olduğu kimi sizə təqdim edirik:

"Dünən mənim dostumun evinə yaxınlığında, Türkiyə səfirliyini qarşısına Rusiya təyyarəsini vurulmasına etiraz edən insanlar toplaşmışdı. Qışqırıqlar eşidilirdi: “Türkiyəyə gedən vətənpərvər deyil”, “Türkiyə İŞİD-in müttəfiqidir”, “Bizim bir təyyarəmizə 10 türk” və s. Yenə də Georgi lenti paylanırdı. Bu aydındır, ilk növbədə təyyarənin vurulması və pilotlardan birinin ölməsinə ilk emosional reaksiya idi. Allaha şükür ki, biz ikincinin sağ olduğunu bilirik. Ancaq “aydın olan” hələ “düz olan” demək deyil. Amma hisləri ağılla idarə etsəydilər o zaman Türkiyə səfirliyinin qarşısına yox, Köhnə meydana getməli idilər.