backend

Əl-Cəfəri: "İŞİD dünyanı qorxutmaq istədi"

Əl-Cəfəri: "İŞİD dünyanı qorxutmaq istədi"


Parisdə baş verən terror aktları beynəlxalq terrorizmə qarşı müharibənin yeni mərhələsinə start verdi.

Axar.az TASS-a istinadən xəbər verir ki, bu sözləri İraqın Xarici İşlər naziri İbrahim Əl-Cəfəri deyib.

Nazirin sözlərinə görə, İŞİD Fransanın paytaxtında həyata keçirdiyi terror aktları ilə beynəlxalq ictimiayyəti qorxutmaq istəyib. Əl-Cəfəri həmçinin qeyd edib ki, İraq həmişə İŞİD-in dünya üçün fundamental təhdid olduğunu vurğulayıb.