Britaniyalı bir kişi dünyada ilk dəfə Şimali Amerikadan Avstraliyaya doğru, Atlantik okeanında dayanmadan təkbaşına avar çəkib.
53 yaşlı John Beeden iyunun 1-də San Fransiskodan çıxıb və 209 gün təxminən 15 saat avar çəkib.
O, həftələr öncə Avstraliyanın şimal-şərqinə çatmağı planlayıb, lakin pis hava şəraiti ona mane olub.
O deyib ki, okeanda olduğu müddətdə davam edə bilməcəyini düşündüyü anlar da olub.
"Bu miqyasda səyahəti başa vurmuş ilk adam olmaq inanılmazdır və mən hələ də buna inanmıram", o söyləyib.
Əslən İngiltərənin Şeffild şəhərindən olan Beeden Kanadada yaşayır.
Cənab Beeden 4 il öncə oxşar səyahəti Anlantik okeanında həyata keçirib.