backend

Rusiyada axtarışda olan şəxs Gəncədə tutulub

Rusiyada axtarışda olan şəxs Gəncədə tutulub




Gəncə şəhərində cinayətkar şəxs tutulub. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Şəhərin Nizami rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 29-da Vasif Novruzova bıçaqla xəsarət yetirmiş Gəncə şəhər sakini Adil Əzizov tutulub. Onun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə axtarışda olması da müəyyən edilib.