backend

Cizre, Sur və Silopidə bu günədək 261 PKK terrorçusu öldürülüb

Cizre, Sur və Silopidə bu günədək 261 PKK terrorçusu öldürülüb


Türkiyədə davam edən ardıcıl əməliyyatlarda öldürülən PKK-lıların sayı açıqlanıb.

Musavat.com-un məlumatına görə, Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahından verilən açıqlamada Şırnakın Cizrə və Silopi, Diyarbəkirin Sur vilayətində ümumilikdə 261 PKK-lı öldürülüb.

Bu səhər Baş Qərargahdan verilən məlumatda, Cizrədə 179, Silopidə 27, Surda isə 55 olmaqla ümumilikdə 261 PKK-lı oldürülüb.