backend

"Bizi həbs edəcəklər, vəziyyət onu göstərir"

"Bizi həbs edəcəklər, vəziyyət onu göstərir"




"Toxnulmazlığımızı aradan götürüb, bizi həbs edəcəklər. Vəziyyət onu göstərir".

Avropa.info xəbər verir ki, bunu PKK-nın siyasi qolu HDP-dən deputat olan Sırrı Sürəyya Öndər deyib.

Öndər HDP-li deputatların "özünüidarə" açıqlamaları ilə bağlı başlanan istintaqa diqqət çəkib.

"Toxunulmazlığımızı qaldıracaqlar. Vəziyyət bunu göstərir. Və həbs olunacağıq. Amma bunun bu məsələnin həllinə heç bir köməyi olmayacaq. Əvvəl toxunulmazlıq işlərimizi nəzərə alacaqlar, AKP-nin səsi ilə toxunulmazlığımızı aradan qaldıracaqlar. Bəlkə də parlamentdən polis maşınına mindirməyəcəklər, amma məhkəmənin ilk iclasındaca həbs edəcəklər", -deyə PKK-nın siyasi qolu HDP-dən olan deputat bildirib.