backend

Məsut Özil Almaniyanın ən yaxşı legioner futbolçusu seçilib

Məsut Özil Almaniyanın ən yaxşı legioner futbolçusu seçilib


Məsut Özil xaricdə legioner həyatı yaşayan ən yaxşı alman futbolçu seçilib.

Apasport.az saytının “Kicker”ə istinadən məlumatına görə, “Arsenal”da çıxış edən türk əsilli yarımmüdafiəçi bütün həmyerlilərini qabaqlayıb.

27 yaşlı futbolçu reytinqdə Toni Kroos, Şkodran Mustafi, Sami Xedira və Bastian Şvaynştayqer kimi futbolçuları geridə qoyub.