backend

İŞİD Türkiyəni vurdu

İŞİD Türkiyəni vurdu


Ötən gün axşam saatlarında İŞİD-lə Azad Suriya Ordusu arasında gedən qarşıdurmalar zamanı terrorçuların atdığı minaatan Türkiyənin Kilis bölgəsində boş əraziyə düşüb.

Qaynarxatt.info xəbər verir ki, Türkiyənin terrorçulara cavabı gecikməyib.

Hazır gözləyən türk tankları İŞİD-in mövqelərini dərhal atəşə tutub. Vətəndaşların ehtiyac olmadığı halda küçələrə çıxmasına isə icazə verilməyib.

İŞİD-in hücumu zamanı ölən və yaralanan olmayıb. Terrorçuların itkiləri barədə isə məlumat verilməyib.