backend

Bakıda açılmayan cinayətlərin statistikası

Bakıda açılmayan cinayətlərin statistikası

Ötən il Bakıda bağlı qalan cinayət hadisələrinin sayı məlum olub.

Ölkə.Az-ın məlumatına görə, Bakı şəhər prokurorluğunda bu gün keçirilən geniş əməliyyat müşavirəsində hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı, nöqsanlar da diqqətə çatdırılıb.

Qeyd olunub ki, ötən il ərzində qəsdən adamöldürmə cinayətlərinin və ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının azalmasına baxmayaraq, Qaradağ və Yasamal rayonlarının hər birində 1 qəsdən adam öldürmə, Nəsimi rayonunda 1 qəsdən adam öldürməyə cəhd, Sabunçu rayonunda 2 və Xətai rayonunda 1 ölümlə nəticələnən yol nəqliyyat hadisəsinin açılmaması narahatçılıq hissi ilə qeyd edilməklə həmin işlərin tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının zəruriliyi vurğulanıb.

Şəhər prokuroru tərəfindən bu istiqamətdə müvafiq göstərişlər verilib, prokurorluq, daxili işlər orqanlarının istintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları və süründürməçilik halları konkret misallarla göstərilməklə təhlil edilib onların aradan qaldırılması tələb edilib.

Qaynarxətt.info