backend

Türkiyədən İrana sərt ittihamlar - "PKK-nı öz ərazinizdə siz bəsləyirsiniz"

Türkiyədən İrana sərt ittihamlar - "PKK-nı öz ərazinizdə siz bəsləyirsiniz"


Türkiyənin hakim partiyası AKP-nin başqan müavini Mehmet Əli Şahin İranı PKK terror təşkilatına dəstək verməkdə ittiham edib.

qaynarxett.az Avropa.info-ya istinaden xəbər verir ki, Şahin PKK-liderlərinin İran ərazisində olduğunu deyib.

"PKK-çıları öz ərazinizdə siz bəsləyirsiniz. İran rəsmilərinə müraciət edirəm. İslam dinində qonşularına zərər verəni bəsləmək varmı? Niyə bir Fransa qədər ola bilmirsiniz?

Biz Qəndili dəfələrlə bombalamışıq və oradakı PKK terror təşkilatının liderləri İran ərazisindədir."

İraq baş naziri Heydər əl İbadinin türk əsgərlərini Mosul yaxınlığından çıxarma tələbindən danışan Şahin rəsmi Bağdadı da sərt şəkildə ittiham edib.

"30 ildir ki, PKK terror təşkilatı sənin torpaqlarında təlim keçir, oradan bizim ərazilərimizə basqınlar təşkil edir. Sən ərazi bütövlüyünü düşünürsənsə, 30 ildir PKK-ya torpaqlarında torpaqlarında niyə imkan verirsən yerləşməyə?"