backend

​"Respublika"nın müxbiri ölüb ya öldürülüb?

​"Respublika"nın müxbiri ölüb ya öldürülüb?

Xəbər verdiyimiz kimi, “Respublika” qəzetinin əməkdaşı küçədə müəmmalı şəkildə dünyasını dəyişib.
ANS TV-nin məlumatına görə, bu gün günorta saatlarında Elmlər Akademiyasının inzibati binasının qarşısında yıxılaraq ölən 64 yaşlı jurnalistin döyülərək öldürüldüyü iddia edilir. Mərhumun qardaşı Səxavət Mustafayev onun ədavətdə olduğu şəxs tərəfindən öldürüldüyünü bildirib.
Şahidlərin verdiyi məlumata görə, Sabir Mustafayev parka qaçaraq gəlib. Bu zaman baş verənlərin yaxınlıqda olan təhlükəsiz şəhər kameralarında görüntüləndiyi də ehtimal olunur. Hadisə yerinə polis əməkdaşları, kriminalist ekspertlər cəlb edilib. Meyitin üzərinə ilkin baxış keçirilib. Onun yıxılaraq dünyasının dəyişdiyi güman olunur.
Yasamal rayon prokuroru, eləcə də “Respublika” qəzetinin baş redaktoru və əməkdaşları da hadisə yerində olublar. Meyit müayinə olunması üçün məhkəmə tibbi ekspertiziasına aparılıb.
Sabir Mustafayevin, deyildiyi kimi, başqası tərəfindən öldürüldüyü və ya qəfildən səhhətinin pisləşməsi səbəbindən dünyasını dəyişdiyi aparılan istintaq araşdırmalarından sonra müəyyənləşdiriləcək.