backend

Messi yenidən məhkəmə qarşısında

Messi yenidən məhkəmə qarşısında


Vergidən yayınmaqda ittiham olan "Barselona"nın futbolçusu Lionel Messi və atası Xorxe Messi növbəti dəfə hakim qarşısına çıxacaq.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, sözgedən şəxslər 31 may 3 iyunaralığında Barselona məhkəməsində ifadə verəcək.

Qeyd edək ki, 2007-2009-cu illərdə 4,1 milyon avro vergidən yayınmaqda ittiham olunan Messi və atası günahları sübuta yetiriləcəyi təqdirdə, 22 ayadək həbs cəzası ala bilər.