backend

Mərakeşdə üç İŞİD-çi həbs olundu

Mərakeşdə üç İŞİD-çi həbs olundu


Mərakeş polisi İŞİD terror qruplaşmasının üç üzvünü həbs edib.

Axar.az Deyli Meyl-ə istinadən xəbər verir ki, terrorçular Mərakeşin şimal qərbində yerləşən Tanjer şəhərində saxlanılıb.

Verilən məlumata görə, onlar İŞİD-in Suriya və İraqdakı mərakeşli üzvləri ilə birlikdə Tanjer şəhərində terror aktı törətməyə hazırlaşırmış.

Polis həmçinin sözügedən şəxslərin yerli əhali arasında təbliğat apardığını da ortaya çıxarıb.