backend

“Sevimli şou” bağlandı

“Telekanallarda yayımlanan bəzi verilişlərə baxanda utanıram”.
“Sevimli şou” bağlandı
”Space” telekanalında yayımlanan “Sevimli şou”nun yayımı dayandırılıb. Bu, milli-mənəvi dəyərlərə verdiyimiz qiymətin nəticəsidir.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, əvvəlki illərlə müqayisədə Azərbaycan efir məkanında qanun pozuntuları minimuma endirilib:

“Buna apardığımız işlər, inzibati tənbeh tədbirləri ilə nail olunub. Yerdə qalan problemlər tədricən aradan qaldırılacaq”.

Şura sədri qeyd edib ki, telekanallar öz üzərilərində çalışmalıdırlar:

“Telekanallarda yayımlanan bəzi verilişlərə baxanda utanıram. Biz media azadlığına qarşı çıxa bilmərik. Eyni zamanda, telekanallarda kadr problemi bir nömrəli problemdir”.