Keçmiş arvadının ərə getməsindən sonra yəqin ki, Putin də evlənəcək.
Axar.az xəbər verir ki, bu iddia ilə “Tayms” jurnalının əməkdaşı Mark Bennets çıxış edib.
“2013-cü ilin iyununda cütlük ayrılanda Rusiya Prezidenti Vladimir Putin əgər xanımı ailə həyatı qurarsa, evlənmək haqda düşünəcəyini açıqlamışdı”, - deyə müəllif fikrini əsaslandırıb.
Xatırladaq ki, prezidentin keçmiş xanımı Lüdmila Putinanın az öncə özündən 21 yaş kiçik Artur Oçeretni ilə ailə həyatı qurduğu barədə xəbər yayılıb.