backend

Vidadi İsayev Bərdədə nə ilə məşğuldur və ya 19 milyon dotasiya

 Vidadi İsayev Bərdədə nə ilə məşğuldur və ya 19 milyon dotasiya
Məlum olduğu kimi, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında Azərbaycan prezidenti İlham Əliyev məmurlara da xəbərdarlıq edib.

Prezdent deyib ki, nə üçün məmurlar öz kabinetlərində yerli istehsal olan mebellərdən istifadə etmirlər: “Bizdə yerli şirkətlər var. Amma yüksək vəzifəli məmurlarımız bunu bəyənmirlər. Yerli istehsalın keyfiyyəti başqa mebeldən fərqlənmir, amma deyir, bu, Azərbaycan malıdır, özünə rəva bilmir. Buna son qoymaq lazımdır”.

Bundan əlavə, prezident məmurları təvazökar olmağa, yekəxanalıqdan uzaq olmağa çağırıb. Azərbaycan prezidenti deyib ki, korrupsiya bütün ölkələr üçün böyük bəladır:

“Korrupsiyaya qarşı cəza tədbirləri tətbiq olunur və olunacaq. Əgər yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar. Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur.

Hər bir məmur, o cümlədən prezident xalqın xidmətçisidir. Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər”.

Mia.az xəbər verir ki, Prezidentin bu xəbərdarlığını əsas gətirən Bərdəli məmurlardan biri “Reytinq”ə təəssüflə bildirib ki, rayonun icra başçısı Vidadi İsayev hələ də işində ciddi dönüş yarada bilməyib:

“Vidadi İsayev bahalaşmaya qarşı yalnız bir-iki kosmetik tədbirlər keçirib, bazarda reydlər təşkil etdirib. Ancaq zonanın ənn bərəkətli torpaqlarına və əlverişlli çoğrafiyasına baxmayaraq, 5 ildir rəhbərlik etdiyi Bərdədə elə bir ciddi iş gprməyib. O rayon ərazisindəki bəzi küçə və parkları yenidən təmir etdirməklə, sanki öz vəzifəsini icra edib. Halbuki, bu rayonda böyük sayda iş yerləri açmaq, insanların işlə təminatında cidd imkanlar aça bilərdilər. Ancaq rayonun büdcəsinə baxanda, görürsən ki, 150 min əhalisi olan Bərdənin ayaq üstə saxlamaq üçün hər il rayona dotasiya ayrılır.

Baxın, son 10 ildə “Regionların sosial-iqtisadi inkişafı” proqramları çərmivəsində Bərdəyə böyük pullar ayrılıb. Ancaq bu rayon o qədər dotasiya və imkanların qarşılığında cəmi 10.725.000 min manat gəlirə sahib olub. Rayonun xərci isə daha böyük rəqəmi əks etdirir. Nə az, nə çox, düz 29 milyon 178 min 132 manat. Aradakı kəsiri bağlamaq üçünsə Dövlət Büdcəsindən rayona düz 18 milyon 453 min 132 manat dotasiya ayrıllıb. İndi siz araşdırın və Vidadi İsayevdən soruşun, rayona rəhbərlik etdiyi son 5 ildə faktiki nə qədər iş yerləri açılıb? Nə qədər insan işlə təmin edilib? Nə qədər istehsal müəssisəinin yaranmasına dəstək olublar? Bu illər ərzində rayona ayrılan dotasiyanın məbləğində nə qədər azalma olub? Və yaxud rayonun gəlirlərində artım olubmu?”.

Müsahibimiz deyir ki, Vidadi İsayevi bu deyil, onu düşündürən əsas məsələ vəzifəsini qorumaqdır: “O, özünə mediada şəbəkə yaradıb, rayonun problemlərinin qabardılmasına, dövlət qurumlarına çatdırılmasına mətbuat vasitəsi ilə əngəlləmək istəyir. Adama deyərlər ki, əgər düz və şəffaf işləyirsənsə, o zaman niyə mətbuatla gizli anlaşmalara gedərək, rayondan şikayətlərin işıqlandırılmasında qorxursan?”.

Müsahibimiz prezidentin məmurların kabinetindəki mebellərin yerli məhsullar olmaması haqda çıxışını da yada salaraq, deyir ki, Vidadi İsayevin təkcə kabinetindəki kreslosu onun yerli məhsullara nə dərəcə maraqlı olduğunu sübut edə bilər: “Onun kabinetindəki kreslonun ən azı 2-3 min qiyməti var. Hələ mebellərini demirəm. Yəni bu adam ancaq özünün komfortunu düşünür, onun üçün Vətənə, rəhbərlik etdiyi rayona xidmət ikinci dərəcəlidir. Oysa ki, prezident belələrinə bir daha xatırladıb ki, xalqın xidmətçisiniz, vəzifənizə vicdanla yanaşın!”.
Teref.info