backend

Rusiyanın ən seksual DJ-yi Bakıda konsert verəcək - FOTO - VİDEO

Rusiyanın ən seksual DJ-yi Bakıda konsert verəcək - FOTO - VİDEO
Məşhur rus DJ Ellis Sexton (Eleonora Verbitski) Bakıda konsert proqramıyla çıxış edəcək. Eleonora Verbitskinin konserti "TWO FLAMES" mərkəzinin prodüserlərinin təşkilati dəstəyi ilə ölkəmizə səfər edəcək. DJ-in çıxışı 6 martda saat 22:00-də "Elektra Events Hall" klubunda olacaq. Biletlər şəhərin kassalarından və ASAN Xidmət mərkəzlərindən əldə etmək olar. Xüsusi qonaq rolunda DJ Çina çıxış edəcək. Aparıcılar Aysel Nazim və Samir Bayramlı olacaq. DJ Ellis Sexton 2004-cü ildə öz karyerasına başlayıb. Seksual DJ təkcə Sankt-Peterburq və Moskvada deyil, Rusiyanın digər şəhərlərində də konsertlər verib. DJ özündə bütün ən yaxşı keyfiyyətləri birləşdirib: peşəkarlıq, cazibə və şəhvət. Ellis sübut etdi ki, DJ yalnız musiqi ilə insanları cəlb etməməlidir. Ellis Sexton istənilən klub tamaşaçısına öz valehedici qabiliyyətlərini göstərərək fərqlənə bilər. Ellis təqdim etdiyi şou ilə həmkarlarından hər zaman seçilir.