backend

Türkiyə gözəli həbs oluna bilər – FOTO

Türkiyə gözəli həbs oluna bilər – FOTO
Cinayət işi açıldı.

“Best Model of Turkey 2006”nın qalibi və “İşte benim stilim: Ünlüler” dəb yarışmasının iştirakçısı Neslihan Önder 2 il müddətində azadlıqdan məhrum edilə bilər.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb modelin sərxoş halda avtomobil idarə etməsidir.

Spirtli içki müayinəsi zamanı Neslihanın 1,14 promill sərxoş olduğu məlum olub. Polis bölməsinə aparılan modelin sürücülük vəsiqəsinə 6 ay müddətinə istifadə məhdudiyyəti qoyulub.

Neslihan haqqında “nəqliyyat təhlükəsizliyini pozma” maddəsi ilə cinayət işi açılıb. Modelin məhkəməsi Asliye Cəza Məhkəməsində keçiriləcək.
Türkiyə gözəli həbs oluna bilər – FOTO
Türkiyə gözəli həbs oluna bilər – FOTO
Türkiyə gözəli həbs oluna bilər – FOTO