backend

Ərdoğana sevgisini onun yanağını sıxmaqla göstərdi - Foto

Ərdoğana sevgisini onun yanağını sıxmaqla göstərdi - Foto
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda səfərdə olub.

QAYNARXETT.İNFO-NUN Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan İstanbulda Beyoğlundakı Kasımpaşa məscidində namaz qılıb, daha sonra vətəndaşlardan birinin cənazə namazına qatılıb.

Prezident İstanbulda restoranlardan birində nahar etdikdən sonra ordan çıxarkən maraqlı hadisə baş verib. Belə ki, adi vətəndaş onunla görüşmək istəyib. Bu zaman o, Ərdoğanın yanağını sıxıb. Prezident isə buna təbəssümlə cavab verib.