backend

Nazirlərimiz macarlarla futbol oynadı --hesab 7:4 - FOTO

 Nazirlərimiz macarlarla futbol oynadı --hesab 7:4 -  FOTO
Azərbaycan Milli Elmlər Akademiyasının idman meydançasında Azərbaycanın hökumət nümayəndələrindən ibarət futbol komandası və Macarıstan hökumət nümayəndələrinin daxil olduğu futbol komandası arasında yoldaşlıq görüşü keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən qaynarxett.az-ya verilən məlumata görə, dostluq şəraitində keçən gərgin idman mübarizəsində Azərbaycan komandası 7:4 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, nazirlərimiz sırasında iqtisadiyyat naziri Şahin Mustafayev, təhsil naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə olub.