backend

Aygün Kazımovadan şoka salacaq sözlər - Video

Aygün Kazımovadan şoka salacaq sözlər - Video


Xalq artisti Aygün Kazımova yenə diqqətləri öz üzərinə çəkə bilib.

Gün.Az xəbər verir ki, “5/5” verilişinin qonağı olan zaman müğənni aparıcı Zaur Kamal onun üçün hazırladığı sürprizə qeyri-adi cavabla reaksiya verib.

Belə ki, əvvəlcə A.Kazımovanın gözlərini bağlamasını xahiş edən aparıcı studiyaya ifaçının keçmiş duet ortağı və sevgilisi, meyxanaçı Namiq Qaraçuxurlunun oxşarı Elman Məmmədovu dəvət edib.

Onlar birlikdə “Bağlanıram” duetini səsləndiriblər. Gözünü açan A.Kazımova təəccübünü gizlətməyib.

“Bu Tarkanla Namiqin qarışığıdır ki... Qaşları, saçı, saqqalı eyni Namiqdir. Gedərik o biri otaqda deyərəm, hər yerin oxşayır, yoxsa yox…” – deyə xalq artisti bildirib.

A.Kazımovanın bu sözləri studiyada olan hər kəsin gülüşünə səbəb olub. Sosial şəbəkədə isə xalq artistinin belə danışı kəskin tənqidlərə səbəb olub.

Sözügedən görüntünü tamaşaçılara təqdim edirik: