backend

Samir Bağırov da "Sultan Süleyman" oldu - VİDEO

Samir Bağırov da "Sultan Süleyman" oldu - VİDEO
Müğənni Samir Bağırov uzun fasilədən sonra efirə çıxıb. Politika.Az xəbər verir ki, xalq artisti Aygün Kazımova ilə birgə "10-dan sonra" verilişinə gələn S.Bağırov deyib ki, yenidən şou-biznesə qayıdıb:

"Yaradıcılığımda uzun fasilə oldu. Amma hər şeyi yenidən başlamağa qərar vermişəm. Aygün çox sağ olsun ki, məni yeni işlər görməyə məcbur edir. Yeni mahnılar, işlər olacaq. Amma mənə öncədən demək düşmür. Ona görə də qabaqcadan deməyim".

Aparıcı Yusif Ağayev isə bildirib ki, uzun illərdən sonra efirə çıxan S.Bağırovdan "Sultan Süleyman" obrazını canlandırmasını heç kim gözləmirdi: "Samirin bu gün verilişə gələcəyinə o qədər də inanmırdım. Onun səhər saat 10-da verilişə gəlməsi böyük bir şeydir. Bu vaxtı efirə gəlibsə, demək ki, yenidən işlərinə start verib. Maşallah xeyli də çəki verib".

Qeyd edək ki, X.Bağırov efirdə A.Kazımova ilə ifa etdiyi yeni duetini və illər öncə ən son oxuduğu "Son yarpaq" mahnısını ifa edib.